MAT Network
MAT Network ilk dəfə 2009-cu il aprel ayının 17-də MAT adı altında birləşən bir neçə gənc tərəfindən quruldu. İlk günündən etibarən sadəcə olaraq insanlar üçün keyfiyyətli işlər görməyi və mükəmməl bir gələcək qurmağı planlaşdıran MAT müəyyən zaman müddətində ətrafına onun kimi düşünən insanları toplamağa başladı. Fəaliyyətə başladığı ilk gündən devizi ALDADANLAR BİZDƏN DEYİL! Olaraq seçilmişdir. 2009-un sonlarında artıq daha sistemli bir formada işini davam etdirməyə başlayan MAT idarə heyəti tərəfindən verilən qərara əsasən MAT Network adı ilə fəaliyyətini davam etdirməyə başladı. Network (Şəbəkə) daxilində olan qruplar(qruplaşmalar) haqqında məlumatlar səhifəmizin üst hissəsində gördüyünüz bölmələr vasitəsi ilə sizə təqdim ediləcək. Hal-hazırda bütün səhifələr hazır olmadığından bölmələrin sayında müəyyən müddətlik azlıq var. Amma zaman keçdikcə digər (istər köhnə, istərsə də yeni yaranan) bölmələrin də sizə təqdim ediləcəyini bildirmək istəyirik. Əgər siz də bizimlə birlikdə hər hansı bir fikrinizi reallaşdırmaq istəyirsinizsə contact@matnetwork.com adresinə yaza bilərsiniz.